Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bəyan edib ki, "düşmən ölkələrə" edilən ixracat 35 faizə düşüb. Amma qarşılığında Rusiyanın dost hesab etdiyi ölkələrə ixracat 42 faizdən 65 faizə yüksəlib.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, nazirliyin açıqladığı məlumatlarda daha sonra qeyd olunur ki, 2022-ci ilin yanvar-noyabr aylarında ixracın həcmi 2021-ci ilə nisbətən 23,4 faiz artaraq 538 milyard dollara çatıb. Digər tərəfdən idxal 12,7 faiz azalaraq 230 milyard dollar olub.
Rusiya xarici ticarət tərəfdaşlarını sanksiyalarda iştirak edib-etməməsindən asılı olaraq dost və düşmən kimi iki qrupa ayırır. Məsələn, Aİ və ABŞ-ın sanksiyalarında iştirak etməyən Türkiyə və Azərbaycan “dost ölkələr” qrupuna daxildir.
RBC-nin rəyini öyrəndiyi Belçikada yerləşən Bruegel İqtisadi Araşdırmalar Mərkəzindən Yelena Rıbakova Rusiyanın 2022-ci ildə ixracını artırdığı ölkələr arasında Hindistan, Bolqarıstan və Macarıstanla yanaşı Türkiyəni də qeyd edir.
Türkiyənin Rusiyadan idxalı iki dəfə artaraq 58,8 milyard dollara çatıb. Rusiyadan ən çox məhsul alan ölkə 114 milyard dollarla Çindir.
Bu arada Rusiyanın İstanbuldakı Baş konsulu Andrey Buravov RİA Novosti-yə bildirib ki, ölkəsinin 2022-ci ildə Türkiyə ilə ticarət dövriyyəsi 70 milyard dollara yaxınlaşıb.
Ötən il Türkiyə ilə Rusiya arasında ticarətin həcmi 70 MİLYARD DOLLAR OLUB
10:00 11.02.2023
Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
İqtisadiyyat rubrikasından digər xəbərlər